Türkiyədə mədəndəki partlayışda ölənlərin sayı artdı

09:21 15 Oktyabr 2022

Dünən Türkiyənin Bartın şəhərində kömür mədənində baş verən partlayışda həlak olanların sayı artaraq 28-ə çatıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz tviter hesabında paylaşıb. 

Onun sözlərinə görə, hazırda 15 işçinin xilas edilməsi istiqamətində işlər davam etdirilir. 

Xilas edilən 58 mədənçinin 11-nin isə xəstəxanalarda müalicəsi davam edir. 

Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez isə öz növbəsində axtarış-xilasetmə əməliyyatları başa çatdıqdan sonra hadisənin səbəblərinin araşdırılacağını qeyd edib.



Xəbər xətti