Yunanıstan Türkiyəyə yardım təklif edib.
APA xəbər verir ki, bu barədə Yunanıstan Baş naziri Kiriakos Mitsotakis "Twitter" də bildirib.
"Türkiyənin Bartın vilayətində mədəndə baş verən dəhşətli partlayış və insan tələfatı xəbərindən kədərləndim. Yunanıstan sağ qalanların axtarışına kömək etmək üçün dərhal yardım göndərməyə hazırdır", - Baş nazir qeyd edib.