NATO-ya üzvlük üçün Türkiyə ilə əldə olunan razılaşmadakı öhdəlikləri yerinə yetirəcəyik.
Axar.az xəbər verir ki, bunu İsveçdə hökuməti qurmaq vəzifəsini üzərinə götürən Mühafizəkarlar Partiyasının lideri Ulf Kristersson deyib.
“Biz müqaviləyə sadiq qalacağıq və şərtlərə əməl edəcəyik. Düşünürəm ki, bu proses yaxşı nəticələnəcək. Finlandiya və İsveç Alyansa tərəfdaş kimi qoşulmaq istəyir və digər NATO ölkələri də bunun tərəfdarıdır. İnanıram ki, Ankaranı bu məsələdə razı sala bilərik”, - partiya lideri bildirib.