Çavuşoğlu Kuleba ilə Ukraynadakı müharibə barədə danışıb

13:59 15 Oktyabr 2022

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə telefon danışığı aparıb.

Bu barədə Apa-nın İstanbul müxbirinə Türkiyə XİN-dən məlumat verilib.

Qeyd olunub ki, danışıq zamanı Ukraynadakı müharibə ilə bağlı son hadisələr müzakirə olunub. Nazir Kuleba öz növbəsində Bartində baş verən partlayışla bağlı türkiyəli həmkarına başsağlığı verib.

 



Xəbər xətti