Rusiyanın Belqorod vilayətindəki neft bazasın yanğın olub.
“Qafqazinfo” “TASS”a istinadla xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçesla Qladkov məlumat yayıb.
O bildirib ki, neft bazasında yanğın Ukrayna Silahlı Qüvvələrinin ərazini atəşə tutmasından sonra başlayıb:
“Mərmilərdən biri neft bazasına düşüb. Neft bazasında 10 anbar var”.
Hazırda Rusiya Fövqəladə Hallar Nazirliyinin briqadaları yanğını söndürməyə çalışır.