Finlandiya nüvə müharibəsi ilə bağlı Rusiyaya xəbərdarlıq edib.
Bu barədə ölkənin müdafiə naziri Antti Kaykkönen deyib.
O, Rusiyanın nüvə silahından istifadə ehtimalının çox olduğunu bildirib: “Rusiya bu addımı atsa, bu, ölkənin son səhvi olacaq”.
Nazirin sözlərinə görə, həm NATO-nun, həm də Avropa İttifaqının bu addıma reaksiyası sərt olacaq.
Kaykkönenin fikrincə, Qərbin həmrəy olmasına ehtiyac var: “Ukraynaya hər cür kömək göstərilməlidir".
Xatırladaq ki, daha əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu Kreml özünü müdafiə üçün bütün silahlardan, o cümlədən nüvə silahından istifadə edə biləcəyini deyib.