Kabildə partlayış baş verdi

19:38 15 Oktyabr 2022

Şənbə günü Əfqanıstanın Kabil şəhərinin ikinci təhlükəsizlik zonasında partlayış baş verib.

Bu barədə Kabil Polis İdarəsinin sözçüsü Xalid Zadrana istinadən "TOLO News" telekanalı məlumat yayıb.

Məlumata əsasən, partlayış təhlükəsizlik postunun yaxınlığında baş verib. İnsident nəticəsində ölən və ya xəsarət alan olmayıb.

Fakt ilə bağlı araşdırma aparılır.



Xəbər xətti