Ukraynanın paytaxtı Kiyev şəhəri kamikadze dronları ilə hücuma məruz qalıb.
Sitat.info UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Teleqram kanalında yazıb.
“Bizə mümkün qədər tez, daha çox hava hücumundan müdafiə sistemləri lazımdır. Bizim yavaş hərəkət etməyə vaxtımız yoxdur. Səmanı qorumaq üçün daha çox silah lazımdır”, - A.Yermak bildirib.
Bundan başqa, Kiyevin meri Vitali Kliçko da şəhərin Şevçenko rayonunda partlayışların baş verdiyini açıqlayıb.