Ermənistan nəhayət ki, reallıqları qəbul etməyə başlayıb.
Musavat.com erməni mediasına istinadən bildirir ki, Ermənistan prezidenti Vaaqn Xaçaturyan bu istiqamətdə bir sıra açıqlamaları ilə diqqət çəkib.
Xaçaturyan bildirib ki, geosiyasi və regional vəziyyət dəyişdiyi üçün Qarabağ məsələsi ilə bağlı qərarlar erməni tərəfinin istəklərini təmin etməyəcək.
“Həqiqətən çətin vaxtlardır. İndi hər şey həlledici mərhələyə qədəm qoyub. Bu, Ermənistan Respublikasının mövcudluğuna və Qarabağ məsələsinin həllinə aiddir. Bizdən isə realizm tələb olunur ki, düzgün qərarlar verə bilək”, - Xaçaturyan bildirib.
Onun sözlərinə görə, qərar çətin olacaq. “Əksər hallarda onlar bizim istəklərimizi təmin etməyəcək, lakin biz istəklərimizi rədd etdiyimizə görə yox, geosiyasi və regional vəziyyət dəyişdiyinə görə bunu dəyərləndirməyə bilmirik. Hər şey çox sürətlə dəyişir”, - Ermənistan prezidenti qeyd edib.