Avropa Birliyi İranın 11 fiziki və 4 hüquqi şəxsinə, o cümlədən ölkənin əxlaq polisinə qarşı sanksiyalar tətbiq edib.
Sitat.info xəbər verir ki, bu barədə AB-nin rəsmi saytında məlumat dərc olunub.
Sanksiya siyahısına İranın polis və hüquq-mühafizə orqanlarının rəhbərliyində vəzifə tutan şəxslər, “Bəsic” birləşməsinin üzvləri, SEPAH-ın kibertəhlükəsizlik komandanlığı və “Fərəc” təhlükəsizlik qüvvələri də daxil edilib./Axar.az