Rusiyada təyyarənin binaya çırpılması nəticəsində ölənlərin sayı artdı - Yenilənib

08:17 18 Oktyabr 2022

“Hadisə nəticəsində 6 nəfər ölüb, 19 nəfər isə yaralanıb. Yaralılardan ikisi uşaqdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiyanın Krasnodar vilayətinin Yeysk şəhərində hərbi təyyarənin yaşayış binasına çırpılması barədə danışarkən Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkov deyib.

Qurum rəhbəri daha altı nəfərin taleyinin məlum olmadığını bildirib. O,  hələlik bütün mənzillərə baxış keçirilmədiyini qeyd edib.

***

Hadisə nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb. 

Bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Məlumata görö, ölənlərdən üçü uşaqdır. 

 

 

 



Xəbər xətti