İranlı diplomatlar qədər yalançı görməmişəm - Sabiq nazir

08:30 18 Oktyabr 2022

İran Rusiyaya silah və pilotsuz təyyarələr göndərdiyinə görə cəzalandırılmalıdır.

Sitat.info xəbər verir ki, bunu Ukrayna XİN-in sabiq başçısı, diplomat Vladimir Oqrızko deyib.

"İran vurulan Ukrayna təyyarəsinə görə məsuliyyətdən yayınmaq üçün bütün imkanlardan istifadə etməyə çalışır. İndi onlar ukraynalıları qətlə yetirən Rusiyanı silahla təmin edirlər", - Oqrızko bildirib.

O qeyd edib ki, İran bu silahları Rusiyaya vermədiyi ilə bağlı həyasızcasına yalan danışır:

"Ona görə də bu ölkəyə və bu rejimə inanmaq sadəcə mənasızdır. Yeri gəlmişkən, bütün diplomatik karyeramda iranlılar qədər yalançı diplomat görməmişəm. Onlar bu gün dediklərini sabah inkar edirlər”.

/Axar.az

 



Xəbər xətti