ABŞ senatoru Riçard Blumental Səudiyyə Ərəbistanının ABŞ-ın müdafiə texnologiyalarını Rusiya Federasiyasına ötürə biləcəyindən ehtiyat edir. O, bu ölkəyə texnologiya transferinin müvəqqəti qurulmasını təklif edib.
Sitat.info xəbər verir ki, bu barədə The Guardian yazır.
Riçard Blumentalın sözlərinə görə, əsas narahatlıqlarından biri, Rusiyanın ABŞ-ın Ər-Riyaddakı tərəfdaşları ilə paylaşdığı texnologiyadan faydalanmasının qarşısını almaqdır.
"Biz Pentaqonla məsləhətləşəcəyik, onlarla çox açıq şəkildə danışacağıq ki, onlar qabaqcıl silah sistemləri ilə bağlı texnologiyanın ötürülməsində riski necə qiymətləndirirlər", - siyasətçi deyib.
Eyni zamanda o, artıq Səudiyyə Ərəbistanına verilmiş və ya bunun üçün nəzərdə tutulan silahların Ukraynaya verilməsini dəstəkləyib.
Təhlilçilər deyirlər ki, ukraynalılara xaricdə təlim keçirilə bilsə də, bu silahların saxlanması üçün amerikalı personala ehtiyac olmaz.
Nərgiz,
SİTAT.İNFO