Oktyabrın 18-dən 19-na keçən gecə Ukrayna düşmənin 12 “Şahid-136” pilotsuz uçuş aparatını vurub.
Axar.az xəbər verir ki, bunu Nikolayev meri Vitali Kim deyib.
“Oktyabrın 18-dən 19-na keçən gecə düşmən “Şahid-136” tipli kamikadze dronları ilə Nikolayev vilayətinə hücum edib. 11 pilotsuz təyyarə “Cənub” hava komandanlığının hava hücumundan müdafiə qüvvələri və vasitələri, biri isə Ukrayna Milli Qvardiyasının əsgərləri tərəfindən vurulub”, - o bildirib.