Ukrayna üçün hər ay 20 milyon itirirəm

10:00 19 Oktyabr 2022

Ukraynadakı 25 000 “Starlink” peyk internet terminalından 11 mininin işi bir neçə ölkə, təşkilat və fiziki şəxslər tərəfindən ödənilir. “SpeysX” isə qalanlarına ayda 20 milyon dollar itirir. Şirkət bu işi davam etdirəcək.

Sitat.info xəbər verir ki, bunu amerikalı iş adamı İlon Mask Tvitterdə yazıb.

“ABŞ Müdafiə Nazirliyindən pul yoxdur, lakin bir sıra digər ölkələr, təşkilatlar və şəxslər 25 000 terminaldan təxminən 11.000-ni ödəyir. Təşəkkür edirəm. “SpeysX” kibermüdafiə üçün artan təhlükəsizlik tədbirləri ilə bağlı ödənilməmiş xidmətlər və xərclərə görə ayda təxminən 20 milyon dollar itirir, lakin biz bunu davam etdirəcəyik”, - o yazıb.

Qeyd edək ki, Mask sözügedən terminalların xərclərini öz üzərinə götürmək təklifi ilə Pentaqona müraciət etsə də, sonradan bu tələbi geri götürmüşdü.//Axar.az



Xəbər xətti