Rusiyanın ilhaq etdiyi Xerson və Zaporojye vilayətlərində, eləcə də “Luqansk və Donetsk Xalq Respublikaları”nda hərbi vəziyyət tətbiq olunacaq.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bununla bağlı sərəncam imzalayıb.
Xatırladaq ki, sentyabrın 23-dən 27-nə qədər “Donetsk və Luqansk Xalq Respublikaları”nda, eləcə də Xerson və Zaporojye vilayətinin rusiyalı hərbçilərin nəzarətində olan hissəsində həmin ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı “referendum” keçirilib. Sentyabrın 30-u isə Kremldə Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə sözügedən 4 vilayətin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı müqavilələr imzalanıb.