Ukrayna desantı Zaporojyedə öldürüldü - Rusiya

16:18 19 Oktyabr 2022

Rusiya ordusu bu gün səhər 37 ədəd qayıq və katerlərlə Zaporojye AES-i ələ keçirmək istəyən Ukrayna hərbçilərini məhv edib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu gün səhər saatlarında düşmən iki bölüyə qədər qüvvəsi ilə növbəti dəfə qoşunlarını Kaxovka su anbarının sol sahilinə çıxarmaq və AES-in ərazisini ələ keçirməyə cəhd edib. Desant üçün Ukrayna hərbçiləri 37 kater və qayıq cəlb edib. Zaporojye Atom Elektrik Stansiyasının xarici perimetrini qoruyan rus qoşunlarının fəal hərəkətləri nəticəsində düşmənin desant qüvvəsi məhv edilib”, - məlumatda qeyd olunub.

/Axar.az



Xəbər xətti