Rusiya prezidenti Vladimir Putin elan etdiyi səfərbərlikdən qorxurdu.
Sitat.info xəbər verir ki, bu barədə Ukrayna mediasına Rusiya Federasiyası Dövlət Dumasının keçmiş deputatı Dmitri Qudkov danışıb.
"Bundan əvvəl Putin elə etdi ki, müharibə yoxdur, xüsusi əməliyyat var, çoxları da bunu dəstəklədiyini iddia edirdi. Bu, televiziyada qaydasız döyüşə bənzəyir, burada kiməsə ruh yüksəkliyi verirsən, amma rinqə girmirsən. Sonra da sizi səfərbər edib deyirlər: “Hamının kəlləsini sındıran bu dəhşətli rəqiblə rinqdə döyüşəcəksən. Döyüşməyənlər 10 il həbs olunacaqlar”, - Qudkov bildirib.
Siyasətçinin sözlərinə görə, Putinin reytinqi tərs mütənasib şəkildə aşağı düşüb: “Bu, artıq nəzərə çarpır, çünki hətta sadiq seçicilər arasında da Putinə qarşı nifrət alovlanıb”.
Ona görə də Rusiya hakimiyyəti qorxdu və guya bu səfərbərliyi dayandırdılar.
"Üstəlik, qarşıda çağırış var və onlar çağırışçıları müharibəyə göndərəcəklər. Və "top yemi" bitəndən sonra onlar çağırışa davam edəcəklər. Şübhə yoxdur", - Qudkov əlavə edib.
Nərgiz,
SİTAT.İNFO