Beynəlxalq yarışda hicabsız yarışaraq qalmaqala səbəb olan iranlı alpinist Elnaz Rekabi İrana qayıdıb.
“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, azarkeşləri alpinisti alqışlayaraq qarşılayıblar.
Qeyd edək ki, bu davranışı ilə ölkəsində qadınların etiraz aksiyasına dəstək verən idmançıdan bir müddət idi ki, xəbər yox idi. İran KİV-i yarışdan sonra idmançının aldadıcı yollarla səfirliyə gətirildiyini, pasportunun və mobil telefonunun əlindən alındığını yazırdı. Məlumatda alpinistin həbs olunacağını da bildirirdilər. Rəsmi Tehran isə bu xəbərləri təkzib etmişdi.
Xatırladaq ki, olimpiadanın seçmə mərhələsində İranı təmsil edən Elnaz Rekabi ölkəsinin qadın idmançılar üçün qoyduğu məhdudiyyətlərə məhəl qoymayıb.
Belə ki, o, yarışın final təsnifat mərhələsində hicabsız iştirak edib. Rekabi hicab taxmamaqla İranda əxlaq polis tərəfindən saxlanıldıqdan bir neçə gün sonra vəfat edən Məhsa Əmininin ölümünə etirazını göstərib.