Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı olub.
Bu barədə Musavat.com Türkiyə Prezidenti Administrasiyası yanında Kommunikasiya İdarəsinə istinadən məlumat verir.
Telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsindəki son hadisələr müzakirə edilib.
Türkiyə prezidenti danışıqlar yolu ilə müharibənin sona çatması üçün hər cür töhfə verməyə hazır olduğunu bildirib.