Adını "Ye" olaraq dəyişdirən dünyaca məşhur milyarder reper Kanye Uest mühafizəkarlar və Donald Trampın pərəstişkarları arasında məşhur olan "Parler" sosial şəbəkəsini alır.
Axşam.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Sərvəti təxminən 2 milyard dollar olan repçinin bunun üçün nə qədər ödəniş edəcəyi isə açıqlanmayıb. Tərəflər arasında müqavilə bu ilin sonuna kimi bağlanacaq.
Qeyd edək ki, sözügedən sosial şəbəkə özünü söz azadlığına sahib tvitterin analoqu kimi təqdim edir.