Avropada inflyasiya rekordlar qırmaqda davam edir.
Bu barədə Sitat.info “Euronews”a istinadən xəbər verir.
Qeyd olunub ki, sentyabrda əmtəə və xidmətlərin qiymətlərinin ümumi səviyyəsinin artım tempi növbəti dəfə yeni rekordlar vurub, Avrozonada demək olar ki, 10%, Avropa İttifaqında isə orta hesabla demək olar ki, 11% təşkil edib.
Rəqəmlərə görə, Avropa artıq tənəzzül içindədir. Fransada yüksək inflyasiya ilə əlaqədar artıq kütləvi tətillər keçirilir. Belə ki, ölkədə qiymətlər 6,4% artıb. Ən yüksək göstəricilər Baltikyanı ölkələrdədir, illik ifadədə 22%-dən 24%-ə qədərdir.
İnflyasiyanın başlıca səbəbi enerji qiymətlərinin yüksəlməsidir. Nəticədə mal və xidmətlərin qiyməti də artır.
Avropada inflyasiya “Eurocentrobank”ın hədəflərindən 5 dəfə sürətlə artır. Analitiklər əmindirlər ki, oktyabrın sonunda tənzimləyici bütün əsas dərəcələrdə yeni artım elan edəcək.