Ət yeyən bakteriya XƏBƏRDARLIĞI: 65 yoluxandan 11-i öldü

14:11 20 Oktyabr 2022

Floridada İan qasırğasının ardınca ət yeyən bakteriyadan olan xəstəlik və ölümlər getdikcə artır.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Florida Səhiyyə Departamentindən bildirilib ki, ştatda 65 yoluxandan 11-i ölüb.

Səhiyyə rəsmiləri tərəfindən verilən açıqlamada İan qasırğası ilə gətirdiyi güclü yağışın yaratdığı sellərin bu bakteriyanın yayılmasına səbəb olduğu bildirilib.

Dərisində açıq yara və ya kəsik olan insanların dəniz suyu ilə birbaşa təmasda bu bakteriyaya məruz qala biləcəyi ilə bağlı xəbərdarlıq edilib.

İan qasırğasının səbəb olduğu kimi sahil sularında kanalizasiya sızıntılarının bakteriya səviyyəsini artıra biləcəyi bildirilib.



Xəbər xətti