ABŞ-ın Yuta ştatındakı aviabazada F-35 qırıcısı qəzaya uğrayıb.
Sitat.info CNN İnternational-a istinadən xəbər verir ki, qəza Oqdenin cənubundakı Hill Hərbi Hava Qüvvələri bazasında baş verib.
Təlim uçuşundan qayıdan "F-35A Lightning" II model təyyarəsi yerli vaxtla saat 18:15-də bazada uçuş-enmə zolağının sonunda qəzaya uğrayıb.
Döyüş təyyarəsindən istifadə edən pilot qəzadan bir neçə saniyə əvvəl özünü havaya ataraq paraşütlə yerə enib. Pilot müşahidə altına alınıb.
Sosial mediada əks olunan görüntülərdə təyyarənin aviabazaya düşməsindən sonra səmanı qatı qara tüstü bürüyür.
Yuta yanğınsöndürmə idarəsi qəzadan sonra bazanın təxminən 10 hektarının alov topuna çevrildiyini açıqlayıb.
Amerika ordusundan verilən ilk açıqlamada qəzanın səbəbinin hələ bilinmədiyi və araşdırmaya başlanıldığı qeyd edilib.
Seymur Bənnayev,
SİTAT.İNFO