Böyük Britaniyanın müxalif Leyboristlər Partiyasının lideri Kir Starmer Baş nazir Liz Trassın istefasından sonra Mühafizəkarlar Partiyasının təşkil etdiyi hökumətdəki qarışıqlığa son qoymaq üçün növbədənkənar parlament seçkilərinin keçirilməsi çağırışını təkrarlayıb.
Sitat.info xəbər verir ki, bu barədə TASS partiya liderinə istinadən məlumat yayıb.
“Əcəb qarışıqlıqdır. Bu, təkcə Tori partiyasının yuxarılarında olan sabun operası deyil, həm də iqtisadiyyatımıza və ölkəmizin nüfuzuna böyük ziyan vurur. İnsanlar isə daha yüksək qiymətlər, daha yüksək ipoteka faizləri ödəyir”, - siyasətçi deyib.
Onun sözlərinə görə, hakim partiyanın artıq partiyadaxili səsvermə yolu ilə yeni baş nazirləri hakimiyyətə gətirməyə davam etmək hüququ yoxdur.
Qeyd edək ki, son üç baş nazir - Tereza Mey, Boris Conson və Liz Trass məhz belə seçilib. Onlar sələflərinin istefası zamanı partiyalarının hakimiyyətdə olmasına görə hökumətə rəhbərlik ediblər. Mey və Conson daha sonra ümumi seçkilərdə qalib gələrək mandatlarını təsdiqləyiblər.