İranın ikinci böyük şəhəri Məşhəddə hökumət əleyhinə aksiyalarda 17 yaşlı məktəbli həlak olub.
Lent.az-ın “BBC“-yə istinadən məlumatına görə, nümayişlər zamanı polis məktəbli Əbülfəzl Adinezadəyə yaxın məsafədən atəş açıb.
Həkimlər 17 yaşlı yeniyetmənin bir metrdən daha az məsafədən güllələndiyini bildirilib.
Atası oğlunun dəfni zamanı onun 24 güllə yarası aldığını qeyd edib.
Rəsmi qurumlar isə hələlik məktəblinin ölümü ilə bağlı heç bir açıqlama verməyib.