ABŞ-ın Baton-Ruj şəhərində baş verən silahlı insident nəticəsində azı doqquz nəfər yaralanıb.
Bu barədə Sitat.info xarici KİV-ə istinadən xəbər verir.
Şəhərdəki universitet şəhərciyinin yaxınlığında atəş açıldığı bildirilir.
Zərərçəkənlərin hamısı həyat üçün təhlükə yaratmayan güllə yaraları alıb, onlardan yeddisi xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.