ABŞ-ın 45-ci prezidenti Donald Trampın keçmiş siyasi məsləhətçisi və baş müşaviri Stiv Bannon 4 aylıq həbs cəzasına məhkum edilib.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, Kolumbiyanın Metropolitan Dairəsinin federal məhkəməsi Stiv Bannona Konqresə hörmətsizlik etdiyinə görə, 4 aylıq həbs cəzası verib.
Hakim Karl Nikolsun sədrliyilə baş tutan məhkəmədə Bannon əlavə 6,5 min dollar cərimə olunub.
Hakim vurğulayıb ki, Bannon noyabrın ortalarına kimi apellyasiya məhkəməsinə şikayət verə bilər. Əgər o, belə bir addım atmaq istəmirsə, o zaman noyabrın 15-də özü həbsxanaların Federal Bürosuna gəlməlidir. Oradan da həbs müddətini çəkmək üçün müvafiq penitensiar müəssisəyə göndəriləcək. Məhkumun vəkili isə apellyasiya şikayəti verəcəklərini bildirib.
Qeyd edək ki, Bannon yanvarın 6-sı 2021-ci ildə Kapitoliyə hücumla bağlı dinləmələrdə çıxış etməkdən və sənədləri təqdim etməkdən imtina edib. Bu isə ABŞ-da Konqresə hörmətsizlik kimi qiymətləndirilir.