Xəbər verdiyimiz kimi, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer bu gün səhər Ukraynanın paytaxtı Kiyevə səfər edib.
“Qafqazinfo”nun “Ukraina Seqodnya”ya istinadən məlumatına görə, Almaniya Prezidenti Kiyevə gəldikdə ona süsən (iris) gülü buketi təqdim edilib.
Bildirilir ki, Ukrayna bununla Almaniyadan istədiyi “IRIS-T” hava hücumundan müdafiə sistemlərinə eyham vurub.