Böyük Britaniya kralı III Çarlz ölkənin Baş naziri Liz Trassın istefasını qəbul edib.
“Sitat.info” xəbər verir ki, bu barədə məlumatı “Sky News” yayıb.
Liz Trassın bu gün səhər kralla görüşdüyü qeyd olunub.
Xatırladaq ki, Trass ötən həftə oktyabrın 20-də istefa verdiyini elan edib. O, ona həvalə edilən öhdəliklərin öhdəsindən gəlmədiyini etiraf edib. Oktyabrın 24-də Trassın postuna Rişi Sunak seçilib. Hazırda o, kralla görüş keçirir.
//Qafqazinfo