Müharibə dövründə Avropa İttifaqı dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi üçün Ukraynaya hər ay 1,5 milyard avroya qədər vəsait ayıracaq.
Sitat.info xəbər verir ki, bu barədə Berlində keçirilən Ukraynanın bərpası üzrə beynəlxalq konfransın açılışında Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib.
O xatırladıb ki, 2022-ci ilin əvvəlindən Ukrayna hərbi təchizatları nəzərə almasaq, Avropa İttifaqından artıq 19 milyard avrodan çox maliyyə yardımı alıb, lakin bu, kifayət deyil.
"Beynəlxalq maliyyə təşkilatlarına görə, sadəcə cari xərcləri ödəmək üçün Ukraynaya aylıq 3 milyarddan 5 milyard avroya qədər vəsait lazımdır. Avropa İttifaqından, ABŞ-dan olan dostlarımızdan və beynəlxalq maliyyə institutlarından etibarlı dəstək lazımdır. İnanıram ki, bu, olacaq. Avropa İttifaqı öz ədalətli payını götürsə, doğru olar. Və mən Aİ-nin Ukraynaya müharibə boyu ayda 1,5 milyard avroya qədər, yəni 2023-cü ildə təxminən 18 milyard avroya qədər dəstək verməsini təmin etmək üçün üzv dövlətlərlə işləyirəm”-Ursula fon der Leyen bildirib.
Nərgiz,
SİTAT.İNFO