“Türkiyə və Ermənistan yaxın vaxtlarda hava yükdaşımaları məsələlərini müzakirə edəcəklər”.
“Sitat.info” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan deyib.
Onun sözlərinə görə, tezliklə Türkiyənin və Ermənistanın müvafiq departamentlərinin nümayəndələrinin görüşü baş tutacaq. Görüşdə hava yolu ilə yüklərinin daşınmasına dair sazişin icrası müzakirə olunacaq:
"Yaxın vaxtlarda sərhəddə Türkiyənin və Ermənistan müvafiq departamentlərinin nümayəndələrinin görüşü olacaq. Onlar iyulda əldə edilmiş razılaşmaların icrasını müzakirə etmək üçün görüşəcəklər. Söhbət birbaşa yüklərin hava daşımalarına başlanmasından və hava limanının açılmasından gedir”.//Qafqazinfo