ABŞ-la Səudiyyə arasında neft qırğını: Ağ Ev OPEK-in hasilatı azaltmasından narahatdır...

14:53 26 Oktyabr 2022

OPEC+ dövlətlərinin hasilatı kəskin azaltmaqla bağlı qərarından sonra kritik həddə çatan ABŞ-Səudiyyə Ərəbistanı münasibətlərində gərginlik davam edir.

Sitat.info xəbər verir ki, Noyabr ayından  etibarən gündəlik neft hasilatını 2 milyon barel azaltmağa qərar verən dövlətlərə liderlik edən Səudiyyəlilər ABŞ-ın hədəfinə tuş gəlib.

Daha sonra ABŞ-ın strateji neft ehtiyatlarının açılması ilə bağlı qərarı bazarı yenidən qarışdırıb.  Səudiyyə Ərəbistanının energetika naziri bu addımı pisləyib və bildirib ki, bu, bazarı manipulyasiya etmək cəhdidir.

Səudiyyə şahzadəsi paytaxt Ər-Riyadda keçirilən konfransında deyib: "İnsanların fövqəladə ehtiyatları tükənir, onlar tədarük çatışmazlığını azaltmaq üçün ehtiyatlarından istifadə edirlər. Lakin ABŞ-ın əsas məqsədi bundan bazarları manipulyasiya etmək mexanizmi kimi istifadə etməkdir. 

ABŞ blokun qərarının Ukrayna müharibəsində “Rusiya ilə müttəfiqlik” anlamına gəldiyibi bildirib.

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti