Tanınmış Rusiyalı müğənni və həyat yoldaşına sanksiyalar tətbiq edildi

19:50 26 Oktyabr 2022

ABŞ rusiyalı müğənni Jasmin (Sara Şor) və həyat yoldaşı İlan Şora qarşı sanksiyalar tətbiq edib.

Sitat.info xəbər verir ki, bu barədə ölkənin ABŞ Maliyyə Nazirliyinin saytında məlumat verilib.

Məlumata əsasən, bundan başqa ABŞ 12 Rusiya təşkilatı və 8 şəxsə qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiyalara məruz qalanlar sırasında sahibkar, xeyriyyəçi İqor Çayka, moldovalı oliqarx Vladimir Plahotniuc da var.

Qeyd edək ki, oktyabrın 17-də Kanada Rusiyaya qarşı sanksiya tədbirlərini genişləndirib. Həmçinin Ukraynada baş verənlərlə bağlı “dezinformasiya yaydığına” görə aktyorlar Sergey Bezrukov, Dmitri Pevtsov və Vladimir Maşkov, eləcə də media nümayəndələri də daxil olmaqla, 34 fiziki və bir hüquqi şəxsə sanksiya elan olunub.



Xəbər xətti