Məşhur aktrisa Ancelina Coliyə oxşamaq üçün çoxlu plastik əməliyyat etdirdiyini iddia edən 21 yaşlı iranlı fenomen Səhər Tabar həbsdən azad edilib.
"Sitat.info" xəbər verir ki, o, 2019-cu ildə mübahisə etdiyi insanları təhqir etdiyinə görə və korrupsiya ittihamı ilə həbs olunmuşdu. Həbsdən çıxan gənc qadın hamı tərəfindən maraqla qarşılanan xarici görünüşünün sirrini də açıqlayıb. O, Hollivud ulduzu Ancelina Coliyə bənzəmək üçün proqramlardan yararlandığını etiraf edib:
“Ən asan yol bu idi. Aktyor kimi məşhur olmaq istəyirdim. Çünki uşaqlıqdan məşhur olmaq istəyirdim".
Qeyd edək ki, Səhər Tabarın Coliyə bənzəmək üçün 50 dəfə plastik əməliyyat etdirdiyi iddia olunurdu.
//Qafqazinfo