Ermənistan hökuməti “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna icbari hərbi xidmətdən müqaviləli xidmətə keçidin yeni sistemini nəzərdə tutan dəyişiklik edib.
Sitat.info bununla bağlı erməni mediasına istinadən xəbər verir.
Ermənistanın müdafiə naziri Suren Papikyanın sözlərinə görə, 6 aylıq məcburi hərbi xidmət müddəti başa çatdıqdan sonra hərbçi 5 il müddətinə müqaviləli hərbi xidmətə keçə bilər. Müddət bitdikdən sonra hərbçi 5 milyon dram alacaq.
Bundan əlavə, müqaviləli hərbi qulluqçular attestasiyadan keçəcəklər.
/Musavat.com