Luqanskda fəlakətli vəziyyət: ruslar daş üstə daş qoymayıb...

12:23 27 Oktyabr 2022

Ukrayna Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilən Luqansk vilayətinin bütün kəndləri demək olar ki, tamamilə dağıdılıb. Hazırda Luqansk vilayətində vəziyyət fəlakətli həddədir. Azad edilmiş kəndlər demək olar ki, tamamilə dağıdılıb. 

Sitat.info xəbər verir ki, bu barədə Luqansk vilayət hərbi administrasiyasının sədri Serhi Qaydai Telegram-da məlumat verib.

"Luqansk vilayətində işğaldan çıxarılan bütün kəndlər demək olar ki, tamamilə dağıdılıb", - o bildirib.
Qaydayın sözlərinə görə, ruslar azad edilmiş yaşayış məntəqələrini Qrad MLRS-dən atəşə tutmağa davam edir.

"Orada çox təhlükəlidir, kəndlərdə o qədər də yerli əhali qalmayıb, kəndlərin birində cəmi altı nəfər var. Təhlükəsizlik vəziyyətinə görə hərbçilər hələ də dövlət  idarələrinin kəndlərə girib abadlaşdırmasına icazə vermirlər".

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti