İran, İsfahan şəhərində 20 faiz zənginləşdirilmiş nüvə yanacağından istifadə edən 10 meqavatlıq hovuz tipli reaktorun tikintisinə başladığını açıqlayıb.
Sitat.info Milliyet-ə istinadən xəbər verir ki, İsfahan şəhərində İranın Atom Enerjisi Agentliyinin sədri Məhəmməd İslaminin iştirakı ilə yeni nüvə tədqiqat reaktorunun tikintisinə başlanılıb.
Xəbərdə yeni nüvə tədqiqat reaktorunun 20 faiz zənginləşdirilmiş nüvə yanacağı istifadə edən 10 meqavatlıq hovuz tipi olduğu və reaktorun İsfahan Nüvə Texnologiyaları Mərkəzində istifadə ediləcəyi bildirilib.
Bildirilib ki, tikilən reaktor nüvə yanacağının sınaqdan keçirilməsi, neytron şüalarının tədqiqi və inkişafı, tibbi və sənaye radioizotoplarının istehsalı üçün istifadə olunacaq.