Kiyev Baş Qərargahı bildirib ki, Ukrayna Rusiyanın mümkün transsərhəd hücumuna qarşı çıxmaq üçün Belarusun yaxınlığındakı şimal bölgəsindəki qüvvələrini artırır.
Sitat.info-nun xarici mediaya istinadən məlumatına görə, Baş Qərargahın əsas əməliyyatlar üzrə rəis müavini Oleksii Xromov bu barədə açıqlamasında deyib:
“Hazırda biz Belarusda hücum qüvvələrinin yaradılmasını müşahidə etməmişik. Amma təhdidlər var və olacaq. Biz reaksiya veririk, artıq şimal istiqamətində qoşunlarımızı artırmışıq”.