Dünya tarixi dönüş nöqtəsində dayanıb.
Sitat.info xəbər verir ki, bunu “Valday” diskussiya klubunda çıxış edən Rusiya Prezidenti Vladimir Putin bəyan edib.
“Qarşıda İkinci Dünya Müharibəsindən sonra ən təhlükəli və ən mühüm onillik gəlir” – deyə o, bildirib.
Putin qeyd edib ki, hazırkı vəziyyət bir növ münaqişələr zəncirini xatırladır və indi əsas vəzifə onların həllidir.
Həmçinin, dövlət başçısı çıxışında rusiyalılarla ukraynılaları bir xalq adlandırıb və münaqişənin Qərbin siyasəti ucbatından baş verdiyini vurğulayıb.
Mənbə: TASS