“Ukraynada xüsusi hərbi əməliyyatın başlamasına səbəb NATO-nun genişlənməsi və Kiyevin Minsk razılaşmalarına əməl etməkdən imtina etməsi olub”.
Sitat.info xəbər verir ki, bunu “Rossiya 24” telekanalının yayımladığı “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında çıxışı zamanı Rusiya prezidenti Vladimir Putin deyib.
Onun sözlərinə görə, Şimali Atlantika Alyansının Ukrayna hesabına genişlənməsi Moskva üçün “qəti şəkildə qəbuledilməz idi”. Dövlət başçısı qeyd edib ki, hamı bunu bilirdi, lakin Rusiya Federasiyasının təhlükəsizlik sahəsindəki maraqlarına sadəcə məhəl qoyulmurdu.
O, həmçinin xatırladıb ki, Rusiyanın 2021-ci ilin sonunda NATO-nun genişlənməməsi ilə bağlı razılığa gəlmək üçün növbəti cəhdi “yenidən uğursuzluqla nəticələnib”.
“Bizi yenə yola saldılar və dedilər: “Yaxşı, oturun orada”, - Rusiya lideri vurğulayıb.