“Ukraynaya nüvə zərbəsinin heç bir mənası yoxdur”

20:58 27 Oktyabr 2022

“Rusiyanın Ukraynaya nüvə zərbəsinə ehtiyacı yoxdur, bu, nə siyasi, nə də hərbi məna kəsb edir”.

Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında deyib.

O qeyd edib ki, nüvə silahı mövcud olduqca, onlardan istifadə təhlükələri də olacaq. Prezidentin sözlərinə görə, “nüvə təlaşının” məqsədi çox primitivdir: Qərb Rusiyaya dost və ya neytral dövlətləri Rusiya Federasiyasına müqavimət göstərməyə inandırmaq üçün əlavə arqumentlər axtarır.



Xəbər xətti