Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya Prezidenti Vladimir Putinə qismən səfərbərliyin başa çatması barədə məruzə edib.
Sitat.info xarici mətbuata istinadən xəbər verir ki, nazir prezidentin 300 min nəfərin səfərbər olunması ilə bağlı tapşırığın yerinə yetirildiyini deyib.
O bildirib ki, bundan başqa səfərbərlik tapşırıqları nəzərdə tutulmayıb.
Nazir həmçinin qeyd edib ki, təlimdən sonra 82 min nəfər səfərbər edilmiş qoşunlara göndərilib. Hazırda daha 218 min nəfər qismən səfərbərlik çərçivəsində çağırılan poliqonlardadır. Şoyqu qeyd edib ki, çağırılanlar arasında icra hakimiyyəti orqanlarının 1300 əməkdaşı var.
Qeyd edək ki, sentyabrın 21-də Vladimir Putin qismən səfərbərliyin başladığını elan edib. Qismən səfərbərlik çərçivəsində yalnız ehtiyatda olan vətəndaşlar, ilk növbədə təcrübəsi olanlar hərbi xidmətə çağırılırıb.
Xatırladaq ki, oktyabrın 17-də Moskva meri Sergey Sobyanin paytaxtda qismən səfərbərlik tapşırıqlarının tam şəkildə yerinə yetirildiyini açıqlayıb.