ABŞ-dan İrana daha bir zərbə

20:36 28 Oktyabr 2022

ABŞ Maliyyə Nazirliyi İranın “15 Khordad Foundation” dini fonduna qarşı sanksiyalar tətbiq edib.

Sitat.info TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib.

“15 Khordad Foundation” fondu ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) xüsusi kateqoriyalı vətəndaşlar və qadağan edilmiş şəxslər (SDN) siyahısına əlavə edilib”, - məlumatda bildirilir.

Xatırladaq ki, “15 Khordad Foundation” 1988-ci ildə britaniyalı yazıçı Salman Rüşdinin öldürülməsinə görə 2 milyon ABŞ dolları məbləğində mükafat verəcəyini elan edib və sonradan bu məbləği bir neçə dəfə artırıb.



Xəbər xətti