İranın Sistan və Bəlucistan əyalətlərinin Zahidan şəhərində cümə namazından sonra nümayişlər keçirilib.
Sitat.info xəbər verir ki, bu haqda İranın rəsmi İRNA agentliyi məlumat yayıb.
Etiraz aksiyaları zamanı 2 nəfərin öldüyü, çox sayda insanın yaralandığı bildirilib.
Sistan və Bəlucistan Təhlükəsizlik Şurası hadisələrlə bağlı açıqlama verib:
“Zahidan cümə imamının xəbərdarlıqlarına baxmayaraq, təəssüf ki, bəzi fürsətçi insanlar xaos və etibarsızlıq yaratmaq üçün ətraf küçələrə toplaşdılar. Naməlum şəxslərin açdığı atəş nəticəsində çox sayda vətəndaş və təhlükəsizlik işçisi yaralanıb”.