Ukrayna İrandan tələb etdi: Dayandır!

22:45 28 Oktyabr 2022

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.

Sitat.info xəbər verir ki, bu barədə D.Kuleba Tvitterdə məlumat yayıb.

"Bu gün mənə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian zəng etdi və bu zaman mən İrandan Ukraynada mülki əhalinin öldürülməsi və kritik infrastrukturun məhv edilməsi üçün istifadə olunan silahların Rusiyaya axınını dərhal dayandırmasını tələb etdim", - deyə Kuleba bildirib.

Nazir İran tərəfinin bu tələbə reaksiyasının necə olduğunu açıqlamayıb. İran rəsmiləri hələlik danışıqların nəticəsi barədə məlumat verməyiblər.



Xəbər xətti