Zelenski: "Rusiya Xersonu dünyadan təcrid etməyə çalışır"

23:05 28 Oktyabr 2022

"Rusiya hərbçiləri bütün mövcud səhiyyə sistemini sıradan çıxararaq Xerson vilayətini təcrid zonasına çevirməyə çalışır".

Sitat.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski növbəti videomüraciətində deyib.

Zelenski bildirib ki, Rusiya Xersonu sivilizasiyasız, elementar əşyaların olmadığı bir zonaya çevirir:

"Rusiya gələnə qədər Ukraynanın bütün digər bölgələri kimi bu bölgə də kifayət qədər normal və təhlükəsiz idi, orada insanlar bütün sosial xidmətlərlə təmin edilirdi. İndi Rusiya Xerson vilayətini sözün əsl mənasında, təcrid zonasına çevirməyə çalışır. Dünya buna cavab verməlidir. Xarici İşlər Nazirliyimiz, bütün nümayəndələrimiz işğalçıların bu yeni eskalasiya addımı barədə beynəlxalq təşkilatları və tərəfdaşları məlumatlandırır".

Zelenski, həmçinin işğal olunmuş şəhər və rayonlarda olan ukraynalıları bir-birlərinə kömək etmək üçün hər şeyi etməyə çağırıb.



Xəbər xətti