İsveçrədəki “Rhaetian” dəmir yolu şirkəti, şirkətin 1,9 kilometr uzunluğundakı 100 vaqonlu qatarının Alp dağlarının ətəyində inşa edilən Albula-Bernina marşrutu üzrə rekord cəhd üçün sərnişin daşıdığını açıqlayıb.
Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, şirkət bu qatarın dünyanın ən uzun sərnişin qatarı olduğunu bildirib.
“Rhaetian” şirkətinin direktoru Renato Fasciati qeyd edib ki, bu rekord İsveçrənin dəmir yolu mühəndisliyində uğurunu və ölkədə ilk dəmir yolu tikintisinin 175 illiyini vurğulamaq üçün qırılıb.
Qeyd edək ki, Albula-Bernina marşrutu 2008-ci ildə YUNESKO tərəfindən Ümumdünya İrs Siyahısına daxil edilib.