Cənubi Koreyada matən elan olundu

09:33 30 Oktyabr 2022

Cənubi Koreyada baş verən, çoxsaylı insan ölümü ilə nəticələnən izdihamla əlaqədar milli matəm elan olunub.

Sitat.info “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Yun Sok Yol qərar qəbul edib.

Matəmin noyabrın 5-dək davam edəcəyi bildirilib.

Qeyd edək ki, Seulun mərkəzində Hellouin şənliyində baş verən izdiham nəticəsində 151 nəfər ölüb, 150 nəfər yaralanıb, 300-dən artıq şəxsin taleyi barədə isə məlumat yoxdur



Xəbər xətti