BMT-nın Rusiya iqtisadiyyatı ilə bağlı gözləntiləri...

10:37 30 Oktyabr 2022

Gələn il Rusiyanın ümumi daxili məhsulu (ÜDM) 1,3% arta bilər. Lakin bu il ölkə iqtisadiyyatında azalma 7% olacaq.

Sitat.info xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) hesabatında deyilir.

Hazırda Rusiya iqtisadiyyatına beynəlxalq maliyyə sanksiyaları, o cümlədən Rusiya Mərkəzi Bankının (MB) qızıl-valyuta ehtiyatlarının bir hissəsinin dondurulması təsir göstərir.

İlin sonuna qədər Qərb ölkələrinin Moskvaya qarşı tətbiq etdiyi ticarət məhdudiyyətləri mənfi təsirini daha da artıracaq. Bütün bunlar Rusiya ÜDM-nin kəskin azalmasına səbəb olacaq.

 

 



Xəbər xətti